İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan administrasiyasında dava


İrəvanın Nor-Nork administrasiyasının binasında fəal Artur Çaxoyan və inzibati rayonun rəhbəri Tiqran Ter-Marqaryanın arasında insident baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, münaqişəyə səbəb ictimai rezonansa səbəb uşaq meydançasının tikintisi məsələsi ilə bağlı Çaxoyanın rayon rəhbəri ilə görüşmək niyyəti olub.

Administrasiyanın əməkdaşları görüşün qarşısını almağa çalışıblar. İşçilərdən biri Çaxoyana deyib ki, o, binada işləyən bütün kişiləri təhqir edib və buna görə cavab verməlidir. Bundan sonra rayon rəhbəri Tiqran Ter-Marqaryanın özünün də iştirakı ilə dava düşüb. Əldə olan məlumata görə, o, Artur Çaxoyanı döyüb.

Son məlumata görə, döyülən şəxs xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı 7 nəfər saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR