İnsanlara hürriyət, millətlərə istiqlal!

Fotoqraf model sevgilisini boğub öldürdü

Ukraynanın paytaxtı Kiyevdə rusiyalı fotoqraf model sevgilisini boğub.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq müəyyən edib ki, 28 yaşlı fotoqraf və onun model otaq yoldaşı Svyatoşin rayonundakı fotostudiyanın binasını icarəyə götürüblər.

"Onlar studiyada gecələyərək narkotik və alkoqoldan istifadə ediblər. Bu zaman fotoqraf 21 yaşlı qadını boğub. Səhər saatlarında binanın sahibi ölü modeli və onun otaq yoldaşını yaxınlıqda tapıb", - prokurorluq bildirir.

Qeyd olunur ki, həmin şəxs, eləcə də onun sevgilisi Rusiya Federasiyası vətəndaşlarıdır. Onlar ailələri üçün axtarışa verilib.

Fotoqrafa Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə şübhəsi ilə bağlı) ilə cinayət işi açılıb. Onu 7 ildən 15 ilə qədər həbs gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR