İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru Trampı Roma Papası vəzifəsinə namizəd göstərdi – inanılmaz təklif gündəm yaratdı

ABŞ senatoru Lindsi Qremin Donald Trampın Roma Papası ola biləcəyini irəli sürməsi ictimaiyyətdə təəccüblə qarşılanıb.

Musavat.com xəbər verir ki, Trampın katolik kilsəsinin rəhbəri olmaqla bağlı ironik fikrinə senator ciddi reaksiya verib.

"Prezident Trampın növbəti Roma Papası olmağa qarşı çıxmadığını eşitməkdən məmnun oldum. Mən papalıq konklavını və katolik dindarları bu imkana anlayışla yanaşmağa çağırıram", – deyə Lindsi Qrem bəyan edib.

Bu bəyanat Trampın Ağ Evdə jurnalistlərlə söhbəti zamanı zarafatla “növbəti Papa olmaq istədiyini” deməsindən dərhal sonra yayılıb. Həmin an Trampın sözləri gülüşlə qarşılanıb, lakin senator Qremin bunu ictimai şəkildə dilə gətirməsi məsələni medianın gündəminə daşıyıb.

Məsələyə münasibət bildirən kilsə nümayəndələri və politoloqlar bu fikirləri yumor və siyasi satira kontekstində qiymətləndirirlər. Katolik kilsəsinin rəhbərini seçən kardinal konklavının tarixində heç vaxt qeyri-din xadimi və ya başqa dinin nümayəndəsi bu vəzifəyə gətirilməyib.

Ekspertlərə görə, Trampın bu cür bəyanatları onun ictimai diqqəti cəlb etmək və gündəmdə qalmaq üçün istifadə etdiyi satirik vasitələrdən biridir. Digər tərəfdən, senatorun bu fikrə ciddi yanaşması isə siyasi ironiyanın sərhədlərini genişləndirmiş olur.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR