Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişinə Azərbaycan və Ermənistan münasibətlərinin hazırkı vəziyyəti barədə müsahibə verib.
Bu barədə Musavat.com-a səfirlikdən məlumat verilib.
Bildirilir ki, müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri, yaşıl enerji layihələri, ekosistemin bərpası, məcburi köçkünlərin qayıdışı barədə məlumat verilib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hazırda tarixi bir fürsətin mövcud olduğu qeyd edilib.
Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistan Baş Naziri Nikol Paşinyan tərəfindən bəyanatın səsləndirilməsinə baxmayaraq Ermənistan tərəfinin bunu əməldə nümayiş etdirmədiyi bildirilib, hələ də Qarabağda qeyri-qanuni Erməni hərbi birləşmələrinin olduğu diqqətə çatdırılıb.
Səfir Ermənistan tərəfinin “soyqırım” məfhumundan sui-istifadə etdiyini və Qarabağda “humanitar böhran” yaşanması ilə bağlı görüntü yaratdıqlarını bildirib. Əslində isə Azərbaycanın humanitar yardım təklifindən ermənilərin imtina etdiyi qeyd edilib. Azərbaycanın ümumi Qafqaz reginonunun inkişafı üçün sülhün və inteqrasiyanın tərəfdarı olduğu diqqətə çatdırılıb.
Müsahibdə həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi barədə məlumat verilib, Böyük Britaniyanın və digər tərəfdaş ölkələrin ərazilərin minaların təmizlənməsində göstərdikləri dəstək vurğulanıb. Azərbaycan tərəfindən həmçinin ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya humanitar yardım göstərildiyi qeyd edilib.
Müsahibə ilə buradan tanış ola bilərsiniz.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ