Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dörd hakiminə qarşı sanksiya tətbiq edib.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu addım MCM-in İsrailin baş naziri Benyamin Netanyahunun həbsi ilə bağlı qərarına və ABŞ hərbçilərinin Əfqanıstandakı mümkün hərbi cinayətlərinə dair iş açmasına cavab olaraq atılıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, sanksiya siyahısına Uqandadan Solomu Balungi Bossa, Perudan Luz del Karmen İbanyes Karransa, Benindən Reyn Adelaida Sofi Alapini Qansu və Sloveniya vətəndaşı Beti Xoler daxil edilib.
Rubionun sözlərinə görə, bu hakimlər “Amerikaya və onun yaxın müttəfiqi İsrailə qarşı BCM-in qanunsuz və əsassız qərarlarında fəal iştirak ediblər”.
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın bu addımını sərt şəkildə qınayıb və bunun “milyonlarla qurban üçün ədalət və ümid mənbəyi olan beynəlxalq məhkəmə institutunun müstəqilliyini sarsıtmaq cəhdi” olduğunu bildirib.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ