İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskiyə qəzəbləndi – Ağ Ev Ukraynaya dəstəyi dayandıra bilər

 ABŞ-ın "The Atlantic" nəşri Ağ Evdə Ukraynaya dəstəyin dayandırılması ehtimalının ciddi şəkildə müzakirə olunduğunu yazıb.

Musavat.com xəbər verir ki, məlumata görə, bu qərarın səbəbi Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına həyata keçirdiyi son dron hücumlarıdır.

ABŞ prezidenti Donald Tramp bu hücumlardan sonra qəzəblənib və yaxın ətrafında Ukrayna lideri Volodimir Zelenskini “pis adam” adlandıraraq, onu Üçüncü Dünya müharibəsini başlatmaqda potensial təhdid kimi görüb. Tramp həmçinin, Zelenskinin hücumlardan sonra lovğalanmasını sərt tənqid edib.

Nəşr yazır ki, Tramp bu həftə öz komandasına Zelenski və Putinlə eyni masa arxasında görüş keçirəcəyinə inanmadığını da açıq şəkildə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR