Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu bu gecə Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.
Musavat.com xəbər verir ki, nəticədə azı 4 nəfər həlak olub, təxminən 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Kiyev meri Vitali Kliçko hadisə ilə bağlı açıqlamasında bildirib ki, Solomyanskiy rayonundakı çoxmərtəbəli yaşayış binasında baş verən partlayış və yanğın ciddi dağıntılara yol açıb. Bundan əlavə, şəhərin metro xətti və enerji şəbəkəsinə də ziyan dəyib.
Hücumlar yerli vaxtla gecə saat 1 radələrində başlayıb və şəhər sakinləri ardıcıl partlayış səsləri eşidiblər.
Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, hücum zamanı “Şahed” modelinə aid kamikadze dronlardan və qanadlı raketlərdən istifadə olunub. Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım xidmətləri cəlb olunub.
Hazırda xilasedicilər dağıntılar altında qalan insanları tapmaq üçün axtarış əməliyyatlarını davam etdirirlər. Rəsmi qurumlar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə və sığınacaqlarda qalmağa çağırıb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ