Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dörd hakiminə qarşı sanksiyalar tətbiq etdiyinə görə ABŞ Prezidenti Donald Trampa və dövlət katibi Marko Rubioya təşəkkürünü bildirib.
Musavat.com xəbər verir ki, bundan əvvəl ABŞ administrasiyası BCM tərəfindən İsrailin baş naziri Netanyahuya qarşı həbs orderi çıxarılmasına və ABŞ hərbçilərinin Əfqanıstandakı fəaliyyətləri ilə bağlı mümkün hərbi cinayət işinə görə BCM hakimlərinə sanksiya tətbiq edib.
Dövlət katibi Marko Rubio bildirib ki, sanksiyalar siyahısına Uqandadan Solomu Balungi Bossa, Perudan Luz del Karmen İbanyes Karransa, Benindən Reyn Adelaida Sofi Alapini Gansu və Sloveniyadan Beti Holer daxil edilib.
Rubio bu şəxslərin “Amerikaya və onun yaxın müttəfiqi İsrailə qarşı BCM-in qanunsuz və əsassız addımlarında fəal iştirak etdiyini” bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın bu addımını kəskin tənqid edib və bunu “milyonlarla zərərçəkmiş üçün ədalət və ümid rəmzi olan beynəlxalq məhkəmə sisteminin müstəqilliyini sarsıtmaq cəhdi” adlandırıb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ