 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                             Rusiyanın Belqorod vilayətinin Proxorovka rayonunda dəmir yolu xətlərinin partladılması nəticəsində hərəkətdə olan bir teplovoz (dizel lokomotiv) relsdən çıxıb. 
Musavat.com xəbər verir ki, məlumatı vilayət qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında paylaşıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bu, son günlərdə Rusiya dəmir yollarına qarşı həyata keçirilmiş artıq beşinci partlayış hadisəsidir. 1 iyun tarixində Bryansk və Kursk vilayətlərində iki dəmir yolu körpüsü partladılıb. Elə həmin gün Bryanskda daha bir partlayış baş verib. 5 iyunda isə Voronej vilayətində dəmir yolu xətləri yenidən hədəfə alınıb.
Hadisələrin intensivliyi Rusiyanın nəqliyyat infrastrukturunun ciddi təhlükə altında olduğunu göstərir. Təhlükəsizlik orqanları faktla bağlı araşdırmalara başlayıb.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ