Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə tənqid etməyə davam edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna lideri bildirib ki, Rusiyanın təcavüzünü dayandırmayan hər kəs onunla məsuliyyəti bölüşür.
“İndi Amerika, Avropa və dünyada hər kəsin birlikdə Rusiyaya təzyiq edərək bu müharibəni dayandıra biləcəyi məqamdır. Əgər kimsə təzyiq göstərmirsə və müharibəyə can almaq üçün daha çox vaxt verirsə, bu, iştirakçılıq və məsuliyyətdir. Biz qətiyyətlə hərəkət etməliyik”, - Ukrayna dövlətinin başçısı yazıb.
Qeyd edək ki, bir gün əvvəl Tramp Ukraynadakı müharibə ilə uşaq davası arasında analogiya apararaq, münaqişə tərəflərinə “bir az vaxt” verilməli olduğunu deyib. Bundan əlavə, o, həm Ukraynaya, həm də Rusiyaya qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ