İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan sərt mesaj: “Rusiyalıların hüquqları təmin olunmadan sülh mümkün deyil”

 

 Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı mümkün sülh danışıqları üçün Moskvanın əsas şərtini açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, rusdilli vətəndaşların hüquqlarının qorunması münaqişənin həlli üçün zəruri şərt olmalıdır.

Lavrov bəyan edib ki, Rusiya bu məsələdə geri çəkilməyəcək və danışıqlar prosesində rusdillilərin hüquqlarının təmin olunması məsələsini əsas prioritet kimi qaldıracaq. Nazirin sözlərinə görə, bu tələb beynəlxalq hüquqa əsaslanır və regionda sabitliyin bərpası üçün vacibdir.

Moskva Kiyev hökumətini dəfələrlə rusdilli əhaliyə qarşı diskriminasiyada ittiham edib. Ukrayna isə bu iddiaları rədd edir və ölkə daxilində bütün vətəndaşların hüquqlarının bərabər şəkildə qorunduğunu bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR