İnsanlara hürriyət, millətlərə istiqlal!

Satıbaldının mülklərini alıb satacaqlar - pulu dövlət xəzinəsinə keçiriləcək

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti Kayrat Satıbaldının Almatıda otel alması ilə bağlı gəzən şayiələrə münasibət bildirib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, dövlət ximəti mehmanxananın 2021-ci ilin noyabrında Satıbbaldı ilə əlaqəli müəssisə tərəfindən alındığını bildirib.

“Ayrı-ayrı vətəndaşlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Hilton Almatı” otelini bir qrup şəxs, o cümlədən Қ. Satıbaldıdı tərəfindən alındığı barədə paylaşınlar edib.

Bildiyiniz kimi, məhkum Satıbaldı cəzasını penitensiar sistemin müvafiq müəssisəsində çəkir.

Eyni zamanda, onun barəsində vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı cinayətlərin digər epizodları üzrə istintaq davam etdirilir”, - Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin məlumatında deyilir.

İdarə xatırladıb ki, araşdırma zamanı qanunsuz çıxarılan, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

“Bununla əlaqədar dəymiş ziyanın ödənilməsi üçün Kayrat Satıbaldının mülkiyyətində olan biznes mərkəzləri, inzibati binalaı, ticarət obyektləri, evlər, mənzillər,  torpaq sahələri, eksklüziv zinət əşyaları, lüks avtomobillər və nağd pul dövlətin xəzinəsinə keçir.

Bunlara 2021-ci ilin noyabrında Satıbaldı ilə əlaqəli bir müəssisə tərəfindən alınan "Double Tree by Hilton Almatı oteli daxildir "deyə antikorrupsiya xidməti izahat verib

Hazırda həmin obyektin dövlət mülkiyyətinə verilməsi prosedurunun tamamlandığı da bildirilir.

"Vətəndaşların diqqətini yalan məlumatların yayılmasının yolverilməzliyinə cəlb edirik", - xidmətdən qeyd olunub.

Mayın sonunda Korrupsiyaya Qarşı Mübarizə Agentliyi BƏƏ-dən Kayrat Satıbaldıya məxsus 14 milyon dolların geri qaytarıldığını bəyan edib.

Qeyd edək ki, Kayrat Satıbaldı Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR