İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya Rusiya neftindən tam imtina etdi

Polşanın "Orlen" neft-qaz konserni Çexiyanın Litvinov şəhərindəki neft emalı zavoduna Rusiya neftinin tədarükünü tamamən dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə konsernin sədri İreneuş Fonfaraya istinadən RMF24 radiostansiyası məlumat yayıb.

Bildirilir ki, bu gündən etibarən "Orlen"i Rusiya nefti ilə birləşdirən sonuncu müqavilənin müddəti başa çatır. Fonfara bu günü "tarixi gün" adlandırıb və əlavə edib ki, "başqa istiqamətlərdən neftin çatdırılması qorunub saxlanılıb".

İreneuş Fonfaranın sözlərinə görə, neft indi trans-Alp TAL boru kəməri ilə cənub istiqamətindən Litvinovdakı neft emalı zavoduna tədarük ediləcək:

"Rusiya neftindən imtina başlayandan bəri biz 74 yeni müqavilə imzalamışıq ki, bunların hamısı neft tədarükü üçün Rusiyadan başqa istənilən istiqamətdəndir".

Neftin ilk partiyası aprel ayında TAL kəməri ilə Litvinovdakı neft emalı zavoduna daxil olub.

Litvinov neft emalı zavodu 1965-ci ildən Rusiya neftinin emalı üzrə ixtisaslaşıb. Onun "Drujba" kəməri ilə tədarükü martın 4-də dayandırılıb.

2024-cü ildə Çexiya Rusiyanın "Drujba" boru kəməri ilə nəql olunan Rusiya neftin ümumi həcminin 42 faizini idxal edib.

Qeyd edək ki, son iki ildə Rusiyadan neft alışını sürətlə azaldan Çexiya Azərbaycandan alışları kəskin artırıb. 2024-cü ildə Çexiya Bakı neftinin alışını 56 faiz çoxaldıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR