İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Rusiyaya ŞOK ZƏRBƏ

Avropa İttifaqı Şurası Ukraynaya qarşı təcavüzlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha 6 ay - 2026-cı il yanvarın 31-dək uzadıb.

Musavat.com xəbər verir ki, müvafiq məlumat Aİ Şurasının saytında yerləşdirilib.

Xatırladaq ki, Rusiya Federasiyasına qarşı sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralında əhəmiyyətli dərəcədə genişləndirilib.

"İndi sanksiyalara ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər daxildir", - məlumatda deyilir.

Qeyd olunur ki, sanksiyalara həmçinin aşağıdakılar daxildir: xam neftin və bəzi neft məhsullarının Rusiyadan Avropa İttifaqına idxalına və ya dəniz yolu ilə daşınmasına qadağa, bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılması.

"Bundan əlavə, konkret tədbirlər Aİ-yə sanksiyalardan yayınmağa qarşı mübarizə aparmağa imkan verir", - məlumatda vurğulanır.

Aİ rəsmiləri əmindirlər ki, Rusiyanın qeyri-qanuni hərəkətləri beynəlxalq hüququ pozmaqda davam etdikcə, Moskvaya qarşı sanksiyalar saxlanılmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR