Onlayn ictimai-siyasi qəzet
Bu il iyunun 26-29-da qeyri-iş günlərində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 64 min 656 sərnişin daşıyıb.
Musavat.com bu barədə ADY-yə istinadən xəbər verir.
Bu dövr ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 54 min 505 sərnişin daşınıb. Bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə 6 196, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 1 544, Bakı-Balakən-Bakı 2 411 sərnişin daşıyıb.
Məlumata görə, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ