Onlayn ictimai-siyasi qəzet
"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb.
"Report" un məlumatına görə, həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ