İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Fransa polisinin zorakılığını gündəmə gətirdi: Ölüm halları artıb

 

BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkədə polis zorakılığı ilə bağlı məsələ qaldırılıb.

Komitənin Fransa üzrə həmməruzəçisi və ekspert Xorxe Kontesse (Jorge Contesse) qeyd edib ki, yol hərəkəti qaydalarına nəzarətin həyata keçirilməsi və etiraz aksiyaları zamanı Fransa polisi tərəfindən həddindən artıq güc tətbiq edilməsi bəzi hallarda mülki şəxslərin ciddi xəsarət almasına, hətta ölüm hallarına səbəb olub:

"2017-ci ildə qəbul edilmiş və polis əməkdaşlarına ciddi təhlükə törədilməsi ehtimalı olan mülki şəxslərə qarşı atəş açmağa icazə verən qanunun həmin ildən etibarən polis müdaxilələri nəticəsində baş verən ölüm hallarının artmasına səbəb olub".

Fransanı təmsil edən nümayəndə heyətinin üzvləri bildiriblər ki, məhkəmələr zorakılığın həddindən artıq tətbiq olunması hallarında müvafiq cəzalar, o cümlədən həbs cəzaları tətbiq edib.

"2021-ci ildə həddindən artıq güc tətbiq edilməsi ilə bağlı 350 hal qeydə alınıb", - toplantıda bildirilib./report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR