Onlayn ictimai-siyasi qəzet
Məşhur model Çağla Şıkellə boşandıqdan sonra şəxsi həyatını gizli saxlayan məşhur müğənni Emre Altuğ bir müddət əvvəl sevgisini etiraf edib.
Musavat.com xəbər verir ki, sənət dünyasından bir xanımla birlikdə olduğunu deyən Emre Altuğ bir ildir davam edən münasibətin təfərrüatlarını açıqlamayıb.
Ötən gün aparıcı Didem Delen paylaşımı ilə diqqət çəkib. O sevgilisinin əlinini fotosunu paylaşıb. Bu zaman həmin şəxsin Emre Altuğ olduğu bəlli olub.
Qeyd edək ki, Didem Delen "Kısmetse Olur" proqramı ilə məşhurlaşıb. O Adnanla olan sevgi hekayəsi ilə populyarlıq qazanıb.
O hazırda maqazin verilişlərinin birinin aparıcısıdır.
Könül
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ