İnsanlara hürriyət, millətlərə istiqlal!

“2013-cü ildə Rusiya Azərbaycanın siyasi cameəsində təşkilatlanma məqsədilə Bakıya...”

Xəbər verildiyi kimi, bu gün “Sputnik Azərbaycan”ın ofisində aparılan əməliyyatda Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşı saxlanılıb.

Siyasi analitik Asif Nərimanlı bu prosesin arxasında təxribat izinin olduğunu düşünür.

asif.jpg (298 KB)

Musavat.com xəbər verir ki, o, bu barədə feysbuk profilində fikirlərini bölüşüb:

““Sputnik Azərbaycan”ın redaksiyasında aparılan əməliyyatda iki FTX əməkdaşının saxlanılması Bakı-Moskva xəttində gərginliyin fərqli fazaya – kəşfiyyat qarşıdurmasına keçməsi kimi qiymətləndirilə bilər. Bu qarşıdurmanın hansı səviyyəyə çatmasını – Rusiya müxtəlif bəhanələrlə adekvat addım atarsa, proses genişlənə də bilər – proqnozlaşdırmaq çətindir, çünki hər iki tərəfin belə bir mübarizəyə nə qədər hazır olması da bəlli deyil.

Burada ən önəmli məqam saxlanılan FTX əməkdaşlarının missiyasının nə olduğu və nəyə hazırlaşmasıdır. Rusiya mediasının Bakı ofisində FTX əməkdaşının müxtəlif adlar altında işləməsi o qədər də təəccüblü deyil. Lakin onların saxlanılmasına təkcə iki ölkə arasındakı mövcud qarşıdurmanın nəticəsi kimi yox, həm də bu qarşıdurmada hazırlanan mümkün təxribatların qarşısının alınması kimi də baxmaq olar. İstisna deyil ki, Bakıda FTX əməkdaşlarının təxribat planları – bu, informasiya müstəvisində də ola bilərdi - haqda məlumat olub.

Rusiyanın qarşıdurma vəziyyəti yarananda təxribat qruplarını hərəkətə gətirdiyi faktı təcrübə ilə təsdiqlənib. Ən kəskin dövrlərdən olan 2013-cü ildə Rusiya Azərbaycanın siyasi cameəsində təşkilatlanmanı təşkil etmək məqsədilə Bakıya “xüsusi missionerləri”ni göndərmişdi. Əməkdaşlığa cəlb etmək istədikləri siyasi partiya liderlərindən biri təklifi “qəbul etdikdən” sonra müvafiq qurumlara bu haqda məlumat verməsi ilə plan ifşa olunur. (Məndə olan məlumata görə) missioneri “iş başında” – internet klublarının birində Moskvaya məlumatları göndərdiyi vaxt həbs edirlər.

Eyni təxribat ssenarilərinin yenidən tətbiqi istisna edilməməlidir. İnformasiya müstəvisi də daxil olmaqla müxtəlif seqmentlərdə “ip ucları”nı tapmaq da mümkündür.

FTX əməkdaşlarının saxlanılmasında Bakının Moskvaya geri çəkilməyəcəyi mesajı da yer alır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR