İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Azərbaycana gəlir – Şərait və maaş qane etsə, imzanı atacaq

"Qəbələ" Ruan Renatonun əvəzedicisini tapıb.

Ölkə kubokunun sahibi “Zirə” ilə iki illik müqavilə bağlayan braziliyalı müdafiəçinin yerinə Portuqaliyadan legioner gətirir.

Bölgə təmsilçisi "Eştoril" ilə müqaviləsi başa çatan Lukas Afrikonu sıralarına qatmağa hazırlaşır. Renatonun həmyerlisi olan mərkəz müdafiəçisi artıq sabah Azərbaycanda olacaq.

"Eştoril" Lukas Afrikonu 2021-ci ilin yayında "Marítimo"dan transfer etmişdi. 28 yaşlı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

“Sambaçi” ilə ilkin danışıqlar arxada qalıb, münasibətlərin rəsmiləşməsi isə onun ölkəmizə səfərinin gedişindən asılıdır.

Afriko öncə klubun Qəbələdə yerləşən bazası və şəraiti ilə tanış olacaq, sonra kontrakt şərtlərini yerində müzakirə edəcək.
Cənubi amerikalı yalnız bundan sonra tibbi müayinədən keçəcək və 1+1 illik müqaviləyə imza atacaq.

“Qəbələ” yay transfer dövründə hələlik 2 legioner gətirib.

“Kəpəz”dən nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya və “Sabah”dan ukraynalı müdafiəçi Zurab Ociqava növbəti mövsüm qırmızı-qara formanı geyinəcək. (Sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR