İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan qaz nəqlinin dayanması Avropa bazarına necə təsir edib?

Bu gün Avropada qazın qiyməti 31 dekabr 2024-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Musavat.com Londonun ICE birjasının məlumatına əsasən xəbər verir ki, gün ərzində ümumi qiymət azalması təxminən 2 faiz təşkil edir.

Hollandiyanın TTF qovşağında fevral fyuçerslərinin qiyməti min kubmetr üçün 517,5 dollara düşüb. Bu, Ukrayna üzərindən Rusiya qazının nəqlinin dayanmasının Avropanın qaz bazarına təsirinin aradan qalxdığını göstərir. Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ərəfəsində dekabrın sonunda Avropada qazın qiyməti tədricən artıb. Nəqlin dayandırılmasından sonra ilk ticarətdə kotirovkalar cəmi 1 faiz artsa da, sonradan azalaraq 520 dollar civarında sabitləşib.

Avropada qazın orta qiyməti 2024-cü ilin yekununda 17 faiz azalaraq təxminən 387 dollar təşkil edib. Bu azalmanın əsas amilləri havaların isti keçməsi, qaz anbarlarında ehtiyatların çox olması və Aİ-də qaza tələbatın artmaması olub.

Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya qazının Ukrayna üzərindən nəqlinin dayandırılmasından sonra Avropa İttifaqında elektrik enerjisinin qiymətlərində hər hansı sıçrayışlar müşahidə edilməyib: “Biz yeni ildə qiymət sıçrayışları görmədik, bazar stabil olaraq qalır”. İtkonen vurğulayıb ki, AK qiymətlərlə bağlı vəziyyəti diqqətlə izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR