Onlayn ictimai-siyasi qəzet
Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı barədə iki həftə əvvəl məlumatlı olub, lakin Baş Qərargah bu məlumatlara məhəl qoymayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu versiya öncə “Bloomberg” xəbər agentliyi tərəfindən irəli srülüb. Daha sonra məlumatın “Bloomberg”dən qabaq Kremlə yaxın Z-bloggerlər tərəfindən yayıldığı ortaya çıxıb.
Onların sözlərinə görə, kəşfiyyatçılar general Valeri Gerasimovu sərhəd bölgəsində Ukrayna qoşunlarının toplanması ilə bağlı xəbərdar ediblər, lakin Baş Qərargah rəisi bu məlumatı “panika” adlandırıb.
Üstəlik Baş qərargah rəisi Ukrayna Silahlı Qüvvələrinin sərhəd bölgəsində toplanması barədə prezident Putinə məruzə etməyib.
Avqustun 7-də Valeri Gerasimov Putinə Kursk vilayətinə hücum dayandırıldığını bildirib. Lakin bu gün bölgədə döyüşlərin şiddətlə davam etdiyi məlum olub.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ