Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdırıblar.
Musavat.com xəbər verir ki, yeni sanksiyalar paketinə Çin və Hindistandan olan bir neçə şirkətə qarşı ticarət məhdudiyyətləri daxil edilib. Bundan əlavə, 40 milyard avrodan çox dəyərində hərbi sənayedə istifadə olunan malların Rusiyaya ixracına qadağa qoyulması da planlaşdırılır. Bu siyahıya minerallar, keramika və rezin daxildir.
Eyni zamanda Aİ 100-dən çox tankeri, o cümlədən Rusiyanın neft məhdudiyyətlərindən yayınması üçün istifadə etdiyi gəmiləri qara siyahıya salır.
Reuters diplomatlara istinadən xəbər verir ki, Avropa İttifaqı ikisi neft emalı zavodu da daxil olmaqla dörd Çin neft şirkətini 19-cu sanksiyalar paketinə daxil edib. Sanksiya siyahılarına iki neft emalı zavodundan əlavə bir Çin ticarət şirkəti və “sanksiyadan yayınma” ilə məşğul olan hüquqi şəxsin də daxil edildiyi dəqiqləşib.
Sanksiya paketi Avropa Parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ