Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bu günün sonu, yaxud sabah səhər Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair xüsusi açıqlama ilə çıxış edəcək.
Musavat. com Bloomberg-ə istinadən xəbər verir ki, məlumatı ABŞ maliyyə naziri Skott Bessent açıqlayıb: “ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaların artırılmasını ya yerli vaxtla çərşənbə günü günortadan sonra, ya da cümə axşamı səhər elan edəcək".
Qeyd edək ki, bu gün Senatın Xarici əlaqələr komitəsində Rusiyaya qarşı 3 qanun layihəsi qəbul edilib.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ