Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda keçirilən “Atletik” (Bilbao, İspaniya) – “Qarabağ” qarşılaşmasında növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, “San Mames” stadionunda baş tutan matçda meydan sahibləri hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndiriblər.
88-ci dəqiqədə Qorka Quruseta ikinci dəfə fərqlənərək dubl müəllifi olub. Bununla da “Atletik” 4 qolun vurulduğu oyunda 3:1 hesabı ilə önə çıxıb.
Hazırda görüşün son dəqiqələri oynanılır.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ