İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatında bir gündə Rusiya əleyhinə 3 qanun qəbul edildi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyaya qarşı yönəlmiş 3 qanun layihəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı Senatın demokrat üzvü Cinn Şahin açıqlayıb. Onun sözlərinə görə, ABŞ qanunvericiləri Ukraynaya maliyyə yardımı göstərmək üçün ABŞ-da dondurulmuş Rusiyanın suveren aktivlərindən istifadəni nəzərdə tutan qanun layihəsini dəstəkləyiblər. Sənəd bu cür aktivlərin “Ukraynaya Dəstək Fondu”na verilməsini və onların investisiyalarından Ukraynaya rüblük faizlərin köçürülməsini nəzərdə tutur. Qanun layihəsini demokrat Şeldon Uaythauz təklif etmişdi.

Bundan başqa, komitə Rusiyanın ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hazırda ABŞ Dövlət Departamentinin terroru dəstəkləyən dövlətlər siyahısına İran, Şimali Koreya, Kuba və Suriya daxildir. Qanun layihəsini senatorlar demokrat Riçard Blumental, respublikaçı Ketti  Britt və  demokrat  Emi Klobuşar birlikdə təqdim ediblər.

Komitədə qəbul edilən üçüncü sənəd Rusiyanın Ukraynadakı müharibəsinə dəstək verdiyinə görə Çinə qarşı sanksiyaları nəzərdə tutur. Qanun layihəsinə əsasən, Rusiya Silahlı Qüvvələrinə və ya Rusiya hərbi-sənaye kompleksi müəssisələrinə mal və ya xidmətlərin tədarükü və satışı ilə məşğul olan və ya onlara yardım edən Çin fiziki və hüquqi şəxsləri sanksiya siyahısın salınmalıdır. Onun müəllifi respublikaçı senator Con Kornindir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR