İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinlə görüşünü ləğv etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin sülh yolu ilə həllinə nail olmaq niyyətində olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə NATO baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb. ABŞ lideri həmçinin Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ləğv etdiyini açıqlayıb. 

“Belə təəssürat yarandı ki, biz lazım olan nəticəyə çatmayacağıq, amma gələcəkdə mütləq görüşəcəyik”, — deyə o bildirib.

Tramp ümid etdiyini də vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar uzun müddət qüvvədə qalmayacaq.

“Biz Ukraynada müharibənin sülh yolu ilə həllinə nail olmaqda qərarlıyıq. Davamlı sabitlik yalnız diplomatik yolla mümkündür”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Vaşinqton sülh prosesinin bərpası üçün diplomatik səyləri davam etdirəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR