İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp “The Wall Street Journal”ın iddiasını “feyk xəbər” adlandırdı

ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinin yaydığı məlumatı təkzib edib.

Musavat.com xəbər verir ki, nəşr Vaşinqtonun Ukraynaya Rusiyanın ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməyə icazə verdiyini bildirmişdi. Tramp isə bunu “tamamilə yalan” adlandırıb:

“The Wall Street Journal”ın guya ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə raket hücumu üçün icazə verdiyi barədə xəbəri – feykdir! ABŞ-ın bu raketlərlə və onların istifadəsi ilə heç bir əlaqəsi yoxdur”, – deyə Tramp “Truth Social” hesabında yazıb.

Qeyd edək ki, WSJ bundan əvvəl ABŞ administrasiyasının Britaniya istehsalı “Storm Shadow” raketlərindən istifadə üçün məhdudiyyəti aradan qaldırdığını bildirmişdi. Məlumata görə, Ukrayna həmin raketlə Rusiyanın Bryansk vilayətindəki kimya zavoduna zərbə endirib. 

 

Musavat.com

photo_2025-10-23_00-44-04.jpg (42 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR