Onlayn ictimai-siyasi qəzet
İsveç Ukraynaya JAS 39 Gripen E qırıcılarının böyük partiyasını satmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı TV4 telekanalı yayıb. Bildirilir ki, söhbət 120 təyyarədən gedir.
JAS 39 Gripen E SAAB tərəfindən hazırlanmış İsveç qırıcı təyyarəsinin ən son versiyasıdır. Bu model əvvəlki versiyalara nisbətən daha güclü mühərriklə təchiz edilib, daha uzun uçuş məsafəsinə, təkmilləşdirilmiş radar və elektron avadanlıqlara malikdir.
Hərbi-sənaye konserni SAAB-ın Stokholmdan 200 km aralıda yerləşən Linköpinqdə istehsal müəssisələri var.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ