Onlayn ictimai-siyasi qəzet
Fransada Rusiya ordusundan qaçan və Kremlin hərbi sirrini ifşa edən keçmiş hərbçi Aleksey Jilayev müəmmalı vəziyyətdə tapılıb.
Musavat.com xəbər verir ki, Jilayev “Azadlıq Radiosu”na Rusiya Müdafiə Nazirliyinin 166 min yaralı əsgərə dair gizli məlumat bazasını təqdim etmişdi. Bir neçə aydır əlaqə saxlanmayan jurnalist həmkarları nəhayət onu tapıblar.
Məlumata görə, Jilayev hazırda xəstəxanadadır, yaddaşını tam itirib və yeriyə bilmir, lakin zəhərlənmə ehtimalı hələlik təsdiqlənməyib.
O, 2023-cü ilin noyabrında cəbhəyə göndərilmiş, doqquz ay sonra dezertir kimi Avropaya qaçmışdı. Fransaya keçidinə “İdite lesom” (“Meşəyə gedin”) adlı qaçqınlara yardım layihəsi kömək edib. Layihə nümayəndələri onun ağır posttravmatik stress pozuntusundan əziyyət çəkdiyini bildiriblər.
Rusiya Müdafiə Nazirliyinin məlumat bazası dərc olunduqdan sonra Jilayev bir neçə Qərb mediasına müsahibə vermiş, az sonra isə izsiz yoxa çıxmışdı.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ