İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan ABŞ-dan nüvə yanacağı alacaq

Macarıstan ABŞ-dan nüvə yanacağı almaq üçün danışıqlara başlayıb. Musavat.com xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Budapeşt  Rosatom korporasiyası tərəfindən tədarük edilən Rusiya yanacağı ilə yanaşı, Paks AES-ə Amerika nüvə yanacağının da tədarükünü təmin edəcək.

O, M1 telekanalına müsahibəsində xatırladıb ki, 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş Paks AES hazırda fəaliyyətdədir, yeni Paks II AES-in tikintisi isə davam edir: "Daha çox nüvə yanacağına ehtiyac olacaq. Buna görə də, Rusiya tədarükçüləri ilə davam edən əlaqələrimizə əlavə olaraq, biz ABŞ-dan nüvə yanacağının tədarükü imkanlarına dair danışıqlara başlayırıq”.

Nazir hesab edir ki, bu, nüvə enerjisi sahəsində "Macarıstan-Amerika əməkdaşlığının inkişafında çox mühüm addım" olacaq.

Eyni zamanda, nazir vurğulayıb ki, Paksa nüvə yanacağı tədarükünün şaxələndirilməsi Rosatom ilə “mövcud təchizatçı əlaqələrindən imtina demək deyil”: “Rusiya ilə mövcud təchizat əlaqələrimizə əlavə olaraq, biz genişlənmiş nüvə potensialımıza təhlükəsiz xidmət göstərmək üçün ABŞ-dan nüvə yanacağının alınması ilə bağlı danışıqlara başlayırıq”.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan nüvə yanacağının alınmasına məhdudiyyət qoymağa hazırlaşır. Macarıstanın son addımı bu varianta hazırlıq kimi qiymətləndirilir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR