Onlayn ictimai-siyasi qəzet
“Qarabağ”ın Avstriyada “Ferensvaroş”a qarşı keçirdiyi yoxlama matçında (3:3) Abdullah Zubir iştirak etməyib.
31 yaşlı vingerin adı ümumiyyətə, matçın sifariş ərizəsində olmayıb.
Bununla əlaqədar “Qarabağ” klubundan qol.az-a bildirilib ki, baş məşqçi Qurban Qurbanov Zubirə istirahət verib.
“Onun mikrozədə almaq ehtimalı olub. Həkimlərin tövsiyəsindən sonra Qurban Qurbanov Zubiri oynatmamaq qərarı verib” - deyə klubdan bildirilib.
Zubirlə yanaşı, Marko Veşoviçə də həmin matçda istirahət verilib.
"Qarabağ" iyulun 1-də "Legiya" (Polşa), iyulun 4-də isə SSKA (Bolqarıstan) ilə də üz-üzə gələcək. (Sportinfo.az)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ