İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan prezidentinin LİMUZİNİ: içi belə görünür - FOTOlar

Zirehli maşınlarla məşğul olan RIDA şirkətinin rəsmi saytında Aurus Senat sedanı aşkar edilib.

Fotodakı nümunə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin limuzini ilə iki damla su kimi eynidir: həm ümumi forma faktoru, həm də təkər disklərinin dizaynı eynidir. Zirehli avtomobil tünd ağacdan əlavələri olan ciddi qara salona malikdir.

"Aurus" limuzininin Qazaxıstan prezidentinin avtomobil parkında görünməsi keçən ilin payızında məlum olub. Avtomobil Kazanda keçirilən BRİKS sammitində də görüntülənib.

Avtomobil vr7 + / VR 8 standartına uyğundur, xüsusi ballistik kauçuk təkərlərlə təchiz olunmuşdur və tam təzyiq itkisi ilə minimum 50 kilometr məsafəni qət edə bilər.

Zirehli şüşənin qalınlığı beş santimetrdir və tamamilə açılır. Amma limuzində mərkəzi hissə yalnız şüşə kimi stilizə olunub: əslində, qapılar arasında metal kapsul var. Salon dörd nəfər üçün nəzərdə tutulub və arxa sərnişinləri sürücüdən və mühafizəçidən xüsusi qeyri-şəffaf ekranla ayırmaq olar.

Hazırda açıq satışda Aurus limuzinləri yoxdur: elanlarda yalnız adi sedanlar və krossoverlər mövcuddur. /Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR