İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarakilsədəki hava limanı yenidən açılacaq - FOTO

Ermənistan hakimiyyəti Qarakilsədəki hava limanını yenidən açmağı planlaşdırır.

Musavat.com-un xəbərinə görə, bu barədə "Sputnik Ermənistan"a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Mülki Aviasiya Komitəsi ilə birlikdə Gorus və Qarakilsə hava limanlarının açılması məsələsinə baxılıb. Birinci mərhələdə Qarakilsədəki hava limanının yenidən işə salınmasına diqqət yetirilməsi qərara alınıb.

Seçim edərkən hava limanlarından birinin ehtiyat hava limanı kimi xidmət etməli olduğu nəzərə alınıb. Araşdırmalar göstərib ki, Gorus və Qafanda hava şəraiti demək olar ki, eynidir, Qarakilsədə isə daha yaxşıdır.

Nazirlik Qarakilsədəki hava limanını həm mülki, həm də hərbi aviasiya üçün istifadə olunacaq obyektlər siyahısına daxil etməyi planlaşdırır.

Sentyabrın 2-də baş nazir Nikol Paşinyan vertolyotla Qarakilsəyə uçdu və sosial şəbəkələrdə bildirdi ki, indi müntəzəm sərnişin reysləri məsələsi müzakirə olunur.

İyulda o da bildirilib ki, Gorusdakı hava limanı ilə bağlı yekun qərar hələ verilməyib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR