İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Prezidenti ABŞ-Rusiya danışıqları fonunda Milli Təhlükəsizlik Şurasınının iclasını çağırıb

Polşa Prezidenti Andjey Duda Rusiya və ABŞ arasında aparılan danışıqlar və Ağ Ev nümayəndələri ilə Avropa müttəfiqləri arasında Ukrayna üzrə ilk məsləhətləşmələr fonunda Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Toplantı fevralın 24-də keçiriləcək.

“Report” xəbər verir ki, Duda bu barədə “TVP İnfo” telekanalının yayımladığı mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, bu beynəlxalq problemlərin geniş formatda müzakirəsinin vaxtı çatıb. Milli Təhlükəsizlik Şurasını çağırmaq qərarına gəldim", - o bildirib.

Polşa lideri daha əvvəl ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Duda Kelloqu əmin edib ki, ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.

Qeyd edək ki, Polşa Təhlükəsizlik Şurası sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammitindən əvvəl toplaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR