İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian ABŞ -da Reuters müxbirinə türkcə cavab verdi - MARAQLI DİALOQ (VİDEO)

İLK YAYIMLANMA SAATI: 24.09.2024 - 23:11

Sosial mediada İran prezidenti Məsud Pezeşkiana dair maraqlı material yayılıb.

Musavat.com xəbər verir ki, Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının sessiyasında iştirak edən Pezeşkiana bir qadın müxbir yaxınlaşır. Bundan sonra onlar arasında belə bir dialoq cərəyan edir:

Müxbir: Cənab Prezident, bir sual verə bilərəm?

Pezeşkian (zarafatla): Soruş da, kim kimədir.

Müxbir: Mən Hafiziyəm, Reuters müxbiri.

Pezeşkian: Yaşa.

Müxbir: Bu qədər tez-tez və ard-arda dediyiniz sözlər: İsrailə hücum edirik, İsrail cinayətkardır, qatildir...

Pezeşkian: Deyilmi?

Müxbir: Mən jurnalistəm...

Pezeşkian: Əgər sən jurnalistsənsə, onda bilməlisən ki, orada nə qədər jurnalist qətlə yetirilib...

Müxbir Hafizi: Mənə danışmaq və müsahibə vermək fürsəti verin...

Pezeşkian (zarafarla): Allah xeyir versin, görüm vaxt tapa biləcəyəmmi...

@@TVmusavat/96421@@


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR