İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT eksperti: “"ASAN" Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib”

BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvü Najat Zarruk BMT-nin plenar sessiyasında Azərbaycanın "ASAN" modeli ilə bağlı fikirlərini bolüşüb.

Musavat.com xəbər verir ki, Najat Zarruk bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə "ASAN" xüsusi və ilhamverici bir təcrübəyə çevrilib.

“Bu, ölkəniz üçün bir qürur məsələsidir, çünki hər şey ilk növbədə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilir. Məhz bu cür liderlərə bizim dünyamızın ehtiyacı var, xüsusən də bu qədər çətin və mürəkkəb bir dövrdə. Onun rəhbərliyi ilə "ASAN" xüsusi və ilhamverici bir təcrübəyə çevrilib. Bu təcrübə insan hüquqlarına, insan ləyaqətinə və rifahına əsaslanır. "ASAN" vətəndaşlara, əhaliyə, kənd icmalarına müxtəlif kanallar vasitəsilə çox səmimi mühitlərdə xidmət göstərir. Mən bir neçə “ASAN xidmət” mərkəzini ziyarət etmişəm və texnologiyadan necə ağıllı şəkildə istifadə edildiyini görmüşəm. Mənim bəyəndiyim digər bir cəhət isə könüllülərin səfərbər edilməsidir”,-deyə Najat Zarruk bildirib.

Daha ətraflı videoda:

Musavat.com

8723a277-9f73-4b90-a25e-5b2ee7b227b8.jpeg (1.16 MB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR