İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə QAYNAR PROSESLƏR BAŞLADI: anlaşmalara START VERİLDİ, Türkiyədən 3 türk dövlətinə XƏBƏRDARLIQ

Rusiya və ABŞ-ın İstanbuldakı danışıqların nəticələrinə dair açıqlamaları ölkələrin siyasi iradəsinin olduğunu göstərdi, bu, nəticələrlə dəstəklənməlidir.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyədəki diplomatik mənbə deyib.

“Konkret nəticə çıxarmaq hələ tezdir, lakin tərəflərin bəyanatları müsbət münasibəti və lazımi siyasi iradənin mövcudluğunu göstərir”, - mənbə bildirib.

O qeyd edib ki, Türkiyə tərəfi danışıqlar prosesinə qarışmır.

Xatırladaq ki, ötən gün İstanbulda Rusiya Baş Konsulluğunun binasında Moskva və Vaşinqton nümayəndə heyəti arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.

Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipri “Kipr Respublikası” kimi tanıması qərarı etirazlara yol açıb. Üç türk dövlətinin Cənubi Kiprdə səfirlik açması Türkiyənin Kipr siyasəti çərçivəsində onilliklər boyu davam edən mübarizəsinin ən kritik qırılma nöqtələrindən biri kimi şərh edilir.

Teleqraf xəbər verir ki, bu barədə “Haber Global” yazır.

Mənbə qeyd edir ki, üç ölkənin bu qərarında Fransa mərkəzli Avropa İttifaqının (Aİ) mühüm rolu var.

Analitiklərə görə, Özbəkistanın tekstil ixracını artırmaq, Qazaxıstanın enerji resurslarını Qərbə daşımaq və Türkmənistanın təbii qaz ixracını şaxələndirmə planları Türkiyəni sarsıdan qərarda təsirli olub.

Professor Hasan Köni Aİ-nin, xüsusilə Fransanın Mərkəzi Asiya ölkələrinə artan marağına diqqət çəkib:

“Bu durum Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipri tanımaq qərarında həlledici rol oynadı. Aİ Komissiyasının Mərkəzi Asiya üçün hazırladığı 300 milyon avroluq investisiya paketi bu ölkələrin Qərbə can atmağa təşviq etdi”.

Bu və gündəmdəki bir çox xəbərləri  aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Öncə Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu Antalyadakı forumdan canlı bağlantı ilə efirə qoşulacaq, ardınca isə siyasi ekspert Elçin Alıoğlu gündəmi müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR