Xanlar Vəliyev hakim təyin edildi, parlamentdə and içdi
Milli Məclis keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması barədə qanun layihəsinə baxıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova Prezidentin bu barədə təqdimatı barədə məlumat verib.
Deputat Nizami Səfərov qanun layihəsi barədə deputatları məlumatlandırıb. Səsvermədən sonra layihə təsdiqlənib.
Spiker X.Vəliyevi təbrik etdikdən sonra bildirib ki, qanunvericiliyə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimi Milli Məclis qarşısında and içir.
X.Vəliyev and içdikdən sonra deputatlar onu alqışlarla təbrik edib.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ