İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Prezident siyasətdə dürüstlüyün nə qədər önəmli və mümkün olduğunu göstərdi"


Musavat.com millət vəkili Azay Quliyevin təhlil yazısını təqdim edir:


Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı Beynəlxalq Forumda milli, regional və qlobal gündəliklə bağlı etdiyi çıxış yerli və beynəlxalq mediada ciddi əsk-səda doğurub.


Bu da təsadüfi deyil. Çünki cənab Prezident əksər dünya liderlərinin açıq və cəsarətli şəkildə deyə bilmədiyi bir çox həqiqətləri dilə gətirərək siyasətdə səmimiliyin və dürüstlüyün nə qədər önəmli, eyni zamanda mümkün olduğunu bir daha nümayiş etdirdi.

Bu baxımdan, Prezidentimizin çıxışında ilk dəfə səslənən bəzi tezisləri ayrıca qeyd etmək istərdim.
Birinci, ilk dəfə olaraq ictimaiyyətə açıqlandı ki, qardaş Türkiyə ilə dost İsrail dövləti arasında münasibətlərin pozulması bizi çox narahat etdiyindən 2 il öncə Azərbaycan bu münasibətlərin bərpasında əsas rol oynayıb.

Dünən isə Türkiyə və İsrailin təhlükəsilik və müdafiə qurumlarınn yüksək səviyyəli nümayəndələrinin Bakıda görüşməsi və ikinci dəfə yaranmış böhranın aradan qaldırılması, xüsusilə Suriyada mümkün qarşıdrurmanın qarşısının alınması istiqamətində danışıqlara başlaması Azərbaycanın nə qədər etibarlı qardaş, dost və tərəfdaş olduğunu göstərir.

ABŞ Prezidenti Donald Trampın cənab Prezidentə Novruz bayramı ilə bağlı göndərdiyi təbrik məktubunda da Azərbaycanın İsrailə olan dostluq münasibətinin yüksək qiymətləndirilməsi də təsadüfi deyil.

Ümid edirik ki, Azərbaycan yenə də Türkiyə ilə İsrail arasında münasibətlərin normallşamasına ciddi töhvə verəcəkdir. Cənab Prezidentin dediyi kimi, dostlarımız arasında gərgin münasibətlərin olması həm bizim, həm onlar, həm də dünya üçün pisdir.

İkinci, cənab Prezident qeyd etdi ki, “Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, bu məhkəmənin qərarlarını tanımırıq və bu qərarların heç birinin bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edildiyimizdən bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər”.

Məlum olduğu kimi Gürcüstan da AŞPA-nın qərəzli və riyakar siyasətinə etiraz olaraq fəaliyyətini bu qurumda dayandırıb. Bu isə AŞPA-nın regional siyasətinin tam iflası deməkdir.
Üçüncü, ölkə Prezidenti qeyd etdi ki, Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. İlkin araşdırmadan bu qurumun anti-Azərbaycan fəaliyyətinin miqyası, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səyləri bəlli olub və bu sənədlər hazır olan kimi Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin. Milli Demokratiya İnstitutu kimi bədnam qurumların hökuməti devirmək üçün milyonlarla vəsaitin müxalifətyönlü fəallara paylaması, onalrın kirayələdikləri mənzillərində “Molotov kokteylləri”nin hazırlanması və hökumət binalarına, polislərə necə hücum etməsi haqqında təlimatlarının aşkar edildiyi də qeyd olundu.

Dövlət başçısı onu da xüsusi olaraq vurğuladı ki, Prezident Trampın başladığı iş çox ümidvericidir, lakin o, dayanmamalıdır: “Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq”.

Beləliklə, ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Forum növbəti uğura imza ataraq ölkəmzin dünyada qazandığı nüfuzunun ildən ilə artdığını, Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolu, sülhün və təhlükəsziliyin təminatı üçün atdığı addımları nümayiş etdirmək üçün nə qədər effektiv platforma olduğunu bir daha sübut etdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR