Onlayn ictimai-siyasi qəzet
Ermənistanda son keçirilən sorğuda respondentlərin 23%-i Ermənistanın Avropa İttifaqına üzvlük layihəsini tamamilə müsbət, 31,9%-i kifayət qədər müsbət, 12%-i kifayət qədər mənfi, 19,3%-i tamamilə mənfi qiymətləndirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli MPG şirkətinin direktoru, sosioloq Aram Navasardyan jurnalistlərlə görüşündə bildirib.
O əlavə edib ki, respondentlərin 13,8%-i suala cavab verməkdə çətinlik çəkib.
Aram Navasardyanın sözlərinə görə, respondentlərin 51%-i Ermənistanın yaxın 10 ildə Aİ-yə üzv olacağına inandığını, 40%-i isə buna inanmadığını bildirib.
O qeyd edib ki, sorğuda iştirak edənlərin 27,2 faizi Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanmasını tamamilə müsbət, 34,5 faizi kifayət qədər müsbət, 13,1 faizi kifayət qədər mənfi, 10,9 faizi isə tamamilə mənfi qiymətləndirib.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ