İnsanlara hürriyət, millətlərə istiqlal!

Katolikos siyasətə qarışdı

Ermənistanda sülh prosesi real mərhələyə daxil olduqca revanşist dairələrdə isteriya dərinləşir.

Musavat.com xəbər verir ki, bu dəfə dini sferadan da bənzər səslər eşidilib - Kilikya Böyük Evinin katolikosu I Aram siyasi bəyanatlar səsləndirərək Ermənistanın özünü məhvə apardığını iddia edib.

I Aram deyib:

“Vətənimiz (o, livanlıdır, ömür boyu orada yaşayıb - red.) özünü məhvə aparır, diaspora isə özünü məhv etməyə doğru gedir. Bunu dayandırmaq üçün ümumerməni qüvvələri birləşməlidir. Tariximizin dönüm nöqtəsindəyik və bu vəziyyətdən çıxmaq üçün yeni rəhbərlər və yeni yanaşmalar lazımdır”.

Katolikos bildirib ki, “eyni stullarda eyni adamlar oturduqca, həm stullar köhnəlir, həm də oturanlar”. O, “gənclərin müasir dünyanı daha yaxşı tanıdığını” və onların “yeni nəfəs gətirməli olduğunu” vurğulayıb.

Aydındır ki, sülh reallığa çevrildikcə Ermənistanın bəzi kilsə və siyasi çevrələri panika içərisindədirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR