Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Olimpiya Komitəsi(BOK) israilli gimnastları dünya çempionatından kənarda qoyduğuna görə İndoneziyada beynəlxalq yarışların keçirilməsini qadağan edib.
Musavat.com xəbər verir ki, məlumat BOK İcraiyyə Şurasının təşkilatın saytında dərc olunmuş qərarında yer alıb:
“Beynəlxalq federasiyalara hakimiyyəti milli mənsubiyyətindən asılı olmayaraq bütün iştirakçılara giriş üçün kifayət qədər zəmanət verənə qədər İndoneziyada bütün heç bir idman tədbiri keçirməmələrini tövsiyə edirik”.
Qeyd edək ki, İndoneziya XİN oktyabrın 19-da Cakartada başlayan bədii gimnastika üzrə dünya çempionatında iştirak etməyi planlaşdıran israilli gimnastlara viza verməyib. İndoneziyanın bu cür zəmanətlər verməsini gözləyən BOK ölkənin MOK-ları ilə “gələcək Olimpiya Oyunlarına, Gənclərin Olimpiya Oyunlarına, Olimpiya tədbirlərinə və ya konfranslarına ev sahibliyi ilə bağlı” bütün dialoqu dayandırmaq qərarına gəlib. BOK İcraiyyə Şurası həmçinin Olimpiya Hərəkatının bütün maraqlı tərəflərinə bütün iştirakçılar üçün ev sahibi ölkəyə sərbəst girişin vacibliyini xatırladıb.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ