İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan II Qareginə belə acıq verdi

Ermənistanın Ovanavank kilsəsində polis müşahidəsi və gərginlik müşahidə olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu, “ictimai qaydanın qorunması məqsədilə görülən tədbirlərdir”.

Qeyd edək ki, kilsənin sabiq ruhanisi, keşiş Stepan Asatryan ( “ata Aram”) oktyabrın 21-də bütün ermənilərin katolikosu II Qareginin patriarx fərmanı ilə ruhanilikdən azad edilib. Bundan sonra o, mülki şəxs statusu alaraq hər cür dini fəaliyyəti dayandırmalı idi.

Lakin Asatryan açıq şəkildə bəyan edib ki, bazar günü Ovanavank kilsəsində yenidən ayin (liturgiya) keçirəcək. Onun bu addımı həm kilsə rəhbərliyi, həm də hökumət tərəfdarları arasında rezonans doğurub.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan da bəyan edib: həmin gün Stepan Asatryanın keçirəcəyi ayində şəxsən iştirak edəcək. Bu qərar ekspertlər tərəfindən II Qareginə açıq siyasi mesaj kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR