İnsanlara hürriyət, millətlərə istiqlal!

Yadigar Muradovun səhhətində SON DURUM – Oğlu danışdı

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhəti nisbətən yaxşılaşıb, lakin vəziyyəti hələ də orta-ağır olaraq qiymətləndirilir.

Bu barədə Musavat.com-a sənətkarın oğlu Yaşar Muradov məlumat verib.

Onun sözlərinə görə, aktyorun vəziyyəti əvvəlki günlərlə müqayisədə daha sabitdir:

“Əvvəlki vəziyyətə baxanda atamın səhhəti xeyli düzəlib. Lakin yenə də orta-ağır olaraq qiymətləndirilir. Tam ayağa dura bilmir, bədəni gücsüzdür. Həkimlər sağ olsunlar, vaxtında müdaxilə edib atamı çətin vəziyyətdən çıxardılar. Hazırda infeksiya ilə mübarizə aparır”.

Yaşar Muradov bildirib ki, atası hələ də təbii yolla qida qəbul etmir və yalnız sistem vasitəsilə qidalanır:

“İndi yavaş-yavaş düzəlir, biz onun güc toplamasını gözləyirik. Atam anlaqlıdır, hamını tanıyır, amma danışa bilmir. Boğazına əlavə nəfəs borusu qoyulub. Bu mərhələdən sonra onu çətin əməliyyat gözləyir - qırtlaq götürülməli və boğaz tam təmizlənməlidir. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

Y.Muradov əlavə edib ki, atası təxminən bir ay ərzində güc toplayandan sonra növbəti əməliyyata hazırlanacaq:

“Əməliyyat başqa xəstəxanada keçiriləcək. Mərkəzi Klinik Xəstəxana bizə maddi cəhətdən heç bir təzyiq göstərmir. Deyirlər ki, əsas məsələ xəstənin vəziyyətidir. Ödənişlə bağlı hələ danışmamışıq”.

Xatırladaq ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alır. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.

Qeyd edək ki, Yadigar Məmməd oğlu Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra Şuşa Mədəni-Maarif Texnikumunda 1990-cı ilə qədər aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur.

Ailəlidir, 3 oğlu var.

2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR