Onlayn ictimai-siyasi qəzet
Erməni revanşist düşərgəsinin tanınmış nümayəndəsi Arman Abovyan növbəti dəfə əsassız iddialarla çıxış edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Abovyan “müharibə dövrü başa çatıb” və “regionda sülh prosesi formalaşır” kimi ifadələrdən ciddi şəkildə narahat olduğunu gizlətməyib. O, yazısında Türkiyə və Azərbaycanın guya Ermənistan daxilində “məlumat müharibəsi” apardığını və “Paşinyanın reytinqini süni şəkildə artırdığını” iddia edib.
Abovyan daha da irəli gedərək Türkiyə və Azərbaycanın məqsədinin “Ermənistan dövlətini tamamilə aradan qaldırmaq” olduğunu iddia edib. Onun sözlərinə görə, guya “indiki hakimiyyət xarici güclərin əlində alətə çevrilib və ölkəni “Qərbi Azərbaycan” adlı yeni formata sürükləyir”.
Bu cür bəyanatlar getdikcə daha çox gülüş doğurur. Çünki faktlar əksini göstərir: regionda kommunikasiya xətləri bərpa olunur, iqtisadi əməkdaşlıq genişlənir və Ermənistan 30 ildən sonra ilk dəfə olaraq Azərbaycan üzərindən Qazaxıstan buğdasını idxal etməyə hazırlaşır.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ