İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda səs-küy salan şəxslə bağlı araşdırma aparılır

Ötən gün metronun Koroğlu stansiyasında insident baş verib.

Sözügedən hadisə ilə bağlı videolar sosial şəbəkələrdə yayılıb.

Görüntülərlə bağlı DİN-ə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərov bildirib ki, oktyabrın 21-də axşam saatlarında Bakı Metropoliteninin "Koroğlu" stansiyasında sağlamlıq problemi yaşayan xanım sərnişinə polis əməkdaşları tərəfindən köməklik göstərildiyi halda, bir nəfər şəxs aqressiv davranış nümayiş etdirərək diqqəti üzərinə yönəltməklə ictimai qaydanı pozub.

Ona dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxs ətrafda olan şəxslərlə mübahisə edərək səs-küy salıb və ərazidən uzaqlaşdırılıb. Keçirilən tədbirlərlə ictimai qaydanı kobud şəkildə pozan Elçin Nureliyev saxlanılıb.

Tibbi müayinələrlə onun sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Hazırda polis idarəsində onunla bağlı qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülür.\\milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR