Onlayn ictimai-siyasi qəzet
Kıvanç Tatlıtuğun bacısı ilə bağlı iddia maqazin gündəmində "partlayış" effekti verib.
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğun saxlanıldığı deyilir. İddialara görə o, keçmiş ərinin sevgilisinə zor tətbiq etdiyi üçün saxlanılıb.
Jurnalist İlknur Özkuş sosial mediada paylaşdığı açıqlamada, Melisa Dilara Tatlıtuğun hazırda Hendek həbsxanasında olduğunu və bu məlumatı onunla eyni kamerada qalan bir şəxsdən aldığını bildirib.
Məsələ ilə bağlı "2. Sayfa" proqramına danışan ailəyə yaxın mənbə iddianı təsdiqləyərək, Melisanın dünən azadlığa buraxıldığını qeyd edib.
Tatlıtuğ ailəsi hələlik məsələyə münasibət bildirməyib. Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer də səssizliyini qoruyur.\\Milli.Az
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ