Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu gün Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” futbol klubu İspaniyanın “Atletik Bilbao” komandası ilə qarşılaşır. Oyun, Bask bölgəsinin paytaxtı Bilbao şəhərində, “San Mames” stadionunda keçirilir.
Məlum olduğu kimi, Bilbao şəhəri İspaniyanın şimalında, Bask Ölkəsinin (País Vasco) ən iri sənaye və mədəniyyət mərkəzlərindən biridir. Burada yerləşən “San Mames” stadionu isə “Atletik Bilbao”nun doğma meydanı kimi tanınır və 53 min tamaşaçı tutumuna malikdir.
Musavat.com-un Bilbaodakı oxucusu Saleh Akşinin verdiyi məlumata görə, azərbaycanlı azarkeşlər stadionun qarşısında komandamızı böyük coşqu ilə qarşılayıblar. Onlar “Qarabağ, irəli!”, “Azərbaycan!” şüarları səsləndirib, üçrəngli bayrağımızı dalğalandırıblar.
Saleh Akşin bildirib ki, soydaşlarımız bu oyunda Qarabağın qələbəsi və futbolçularımızın ruh yüksəkliyi üçün əllərindən gələni edirlər:
“Komandamızı həm stadionda, həm də şəhərin müxtəlif yerlərində dəstəkləyirik. Qarabağın səsi Bilbaoda eşidiləcək.”
Musavat.com qarşılaşmadan eksklüziv foto və videoları təqdim edir.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ