İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nuhun gəmisi" bu adada qurulub - alimlər yer kürəsinin məhv olmasını hesablayaraq... - VİDEO REPORTAJ

Musavat.com sivilizasiyanın məhv olması durumunda Yer kürəsinin bitki örtüyünü mühafizə edən yeni "Nuhun gəmisi" barədə məlumatı və maraqlı bir sənədli filmi təqdim edir.

Dünyanın ən mühüm toxum gen banklarından biri olan və eyni zamanda "Qiyamət anbarı" kimi tanınan Svalbard Qlobal Toxum Anbarı artıq virtual reallıq təcrübəsi ilə onlayn olaraq ziyarət edilə bilər.

Norveçdə yerləşən Svalbard Qlobal Toxum Anbarı dünyanın ən mühüm toxum gen banklarından biri kimi tanınır. 2008-ci ildə fəaliyyətə başlayan mərkəz ölkələr arasında əməkdaşlığın ən gözəl nümunələrindən birini təşkil edir. Bu sığınacaqda müxtəlif gen banklarında qorunan toxumlar ola biləcək planetar fəlakətə qarşı qorunur. 3 əsas otaqda 4,5 milyon nümunədən 2 milyarddan çox toxum saxlamaq gücünə malik olan mərkəzdə hazırda dünyanın demək olar ki, hər ölkəsindən 1,1 milyondan çox toxum çeşidi saxlanılır. Toxumların əksəriyyəti düyü və buğda kimi adi taxıllar olsa da, minlərlə meyvə, tərəvəz və digər bitki nümunələri də anbarda saxlanılır. Xüsusi soyutma sistemi ilə qorunan toxumlar növündən asılı olaraq 55-10 min ilə qədər davam edə bilər. Bir çox ölkənin dəstəyi ilə yaradılan layihədə Türkiyə 7,5 milyondan çox toxum nümunəsi ilə anbara ən çox toxum göndərən ölkələr sırasındadır.

Norveçin Şpitsbergen adasındakı Arktika arxipelaqındakı anbarda toxum nümunələri -18°C temperaturda saxlanılır. Anbarın bu qədər uzaqda yerləşməsinin səbəblərindən biri də Svalbardın təbii soyuq havasıdır. Bundan əlavə, bu ada insan fəaliyyətinin təhlükələrindən yaxşı təcrid olunmuş, nəqliyyat marşrutları və infrastrukturu ilə yaxşı əlaqəli bir yer kimi seçilib.

Svalbard Qlobal Toxum Anbarının əsas missiyası dünyanın gələcək qida ehtiyatını təmin etmək üçün bitki genetik müxtəlifliyini qorumaqdır. Başqa sözlə, bütün dünyada toxumlar müharibələr, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində baş verən fəlakət zamanı gen bankları üçün möhkəm ehtiyat kimi saxlanılır.

Bu qiyamət gəmisi - anbarı ilə bağlı hazırlanan və türkcə dublyaj edilmiş maraqlı sənədli filmi Musavat.com oxucularına təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR